Quelyd Dissoucol

İSTİFADƏ YERİ:

QUELYD DISSOUCOL  xüsusi olaraq yüngül oboylardan tutmuş vinil oboylara qədər bütün divar kağızlarının rahat sökülməsini təmin etmək üçün istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ:

Tez və rahat istifadə

Tam olaraq kağıza hopur və rahat təmizləməni təmin edir

1 flakonu  50-100m2 ərazidə istifadə olunur.

 

TEXNİKİ GÖSTƏRİCİLƏRİ :

Rəngsiz məhluldur

Yanmır

İstifadə zamanı tələb olunan temperatur  +5 / +30 dərəcədir. Effektiv temperatur  +25/+40 dərəcədir

İSTİFADƏSİ:

250 ml- lik flakonu 10-14 litr su ilə qarışdırılır. Süngər və ya fırça ilə oboyu tam olaraq isladılır. Məhlulun oboya hopması üçün bir neçə dəqiqə gözləmək lazımdır.

Vinil oboylarda isə su keçirməyə davamlı olan yuxarı təbəqəni soyub çıxardıqdan sonra isə kağız təbəqə məhlulla isladılır.

Məhlul vurulduqdan 2-3 saat sonra öz təsirini itirir.

SAXLAMA QAYDASI:

18 ay +5/+25 dərəcə altında saxlanıla bilər

Şaxtadan qorunmalıdır.