Niyə Unimac?
Güclü satış komandası və peşəkar mütəxəssislərdən formalaşan kollektivimiz üçün önəmli olan birlikdə qazandığımız təcrübədir.
Şirkətimizin fəaliyyət mədəniyyətinin əsasını 5 dəyər təşkil edir:
ƏDALƏT VƏ DÜRÜSTLÜK
Fəaliyyətimizin təməlində ədalət prinsipi dayanır. Hər bir işçiyə münasibətdə ədalətli davranır, dürüstlük nümayiş etdiririk.
İNAM VƏ GÜVƏN
İşçilərimizin motivasiyası bizim üçün çox önəmlidir. Biz işçilərimizə güvənirik.
KOMANDA RUHU
İşçilərimizə fikirlərini sərbəst ifadə etmələri üçün imkan yaradır, onların təklif və iradlarını diqqətlə dinləyir, qərarları komanda şəklində veririk.
ƏMƏKDAŞLIQ
İşçilərimizə etirbarlı tərəfdaş kimi baxır, onlara dəyər verir, hər bir işçi üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin edirik.
KEYFİYYƏT
Müştərilərimizə keyfiyyətli xidmət göstərməklə və istədikləri məhsulları təqdim etməklə əsas hədəfimizə nail oluruq.
Komandamıza qoşulmaq üçün açıq vakansiyalarımızla tanış olub, CV-lərinizi göndərə bilərsiniz.
Unutmayın, bizim üçün bacarıq təcrübədən daha önəmlidir!