“Unimac” şirkəti 2002-cü ildən etibarən fərdi sahibkar kimi biznes fəaliyyətinə başlayıb. Fəaliyyətinin ilk illərində əsasən Bakı şəhərində tikinti sektorunda xırdavat malların satışını həyata keçirən şirkətimiz sonrakı illərdə biznes fəaliyyətlərini genişləndirərək bazarda geniş çeşidli malların satışını və servisini təşkil edir.

Şirkətimiz 6 əsas kateqoriyada – Abraziv və qaynaq texnologiyası, Kimya texnologiyası, Boyalar, Elektrik malları, Xırdavat malları və Alətlər və avadanlıqlar üzrə dünya brendlerinin satışını həyata keçirir.

Bosch GMBH şirkətinin elektrikli əl alətləri üzrə Azərbaycanda strateji partnyoru Unimac şirkətidir. Bundan əlavə, Unimac şirkəti Klingspor, Norton, Magmaweld, Misom, Interflex, Uniflex, Skom Flex, Skom, Skom Screw, Duyar, Unitools, Fisco, Polbrush, Grabond, Soudal, Fevicol, KS, Ibo Kabel, Momentive, Sazi, Unirulo, Rezult, Expert Choice, Vox brendlərinin ölkəmizdəki rəsmi nümayəndəsidir.

Müştəri

Ən böyük sərvətimiz

Personal

Biznes fəaliyyətimizin əsas gücü

Məqsəd

Müştərilər üçün etibarlı , uzunmüddətli əməkdaşlıq mühiti qurmaq

Hədəf

İşçilərimiz üçün yaradıla biləcək ən optimal şəraiti təmin etmək